İspanyanın Navalmoral-de-la-Mata şəhərində ənənəvi “Villa de Navalmoral” beynəlxalq şahmat turniri başa çatıb. Azərbaycan Şahmat Federasiyasından Lent.az-a verilən məlumata görə, sayca 19-cu dəfə keçirilmiş yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub.
Son turunda həmyerlimiz Namiq Quliyev Argentina şahmatçısını məğlub edərək 6 xalla turnirin qalibi adını qazanıb.
Qeyd edək ki, yarışda Azərbaycan, İspaniya, Rusiya, Xorvatiya, Portuqaliya, Ukrayna, İrlandiya, Argentina, Rumıniya, Hindistan və digər ölkələrdən 89 şahmatçı (14 qrossmeyster) mübarizə aparıb.