Şahmat üzrə Dünya Kuboku başladı
12 avqust 2013 13:35 (UTC +04:00)

Şahmat üzrə Dünya Kuboku başladı

Şəhriyar Məmmədyarov qalib gəldi, Teymur Rəcəbov, Vasif Durabəyli xalları böldü, Eltac Səfərli məğlub oldu

 

Avqust 11-də  Norveçin Tromse şəhərində  Dünya Kuboku start götürüb.

Azərbaycan Şahmat Federasiyasından Lent.az-a verilən məlumata görə, Dünya Kubokunda 128 şahmatçı  qələbə uğurunda mübarizə aparır. 

Azərbaycanı  Dünya Kubokunda  Şəhriyar Məmmədyarov, Vasif Durarbəyli, Teymur Rəcəbov və Eltac Səfərli  təmsil edirlər. İlkin mərhələdə Şəhriyar Məmmədyarov misirli şahmatçı S.Şokeri məğlubiyyətə uğradıb. Teymur  Rəcəbov Peru şahmatçısı J.Cori , Vasif Durarbəyli  Ukrayna şahmatçısı A.Korobovla xalları yarı bölüb. Eltac Səfərli  isə Misir şahmatçısı B. Aminə məğlub olub.

Dünya Kubokunda 1-ci və 2-ci yeri tutan şahmatçılar iddiaçılar turnirinə vəsiqə qazanacaqlar. Yarış 7 raunddan  ibarət olmaqla, olimpiya sistemi ilə keçirilir  və sentyabrın  3-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618
avatar

Oxşar yazılar