Son iki Olimpiadanın (Pekin-2008 və London-2012) gümüş mükafatçısı Rövşən Bayramov da çıxışa başlayıb. İdmançımız mübarizəyə 1/8 final mərhələsindən start verib. Onun ilk rəqibi Venesuela güləşçisi Rayber Xose Orozko Rodrigez olub. Pəhləvanımız bu rəqibini asanlıqla məğlub edib - 8:0.
Həmyerlimiz 1/4 finalda Mahadi El Messaudiyə (Mərakeş) 8:0 hesabı ilə qalib gələn Xese David Tielke ilə qarşılaşıb. ABŞ-lı rəqibinə də şans verməyən Bayramov 9:0-lıq qələbə ilə yarımfinala yüksəlib.
****
“Rio-2016“ Olimpiya Oyunlarında doqquzuncu günündə - avqustun 14-də Azərbaycan güləşçisi Rövşən Bayramov mübarizəyə qoşulub.
APA-nın məlumatına görə, turnirdə 59 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxan yunan-Roma güləşçimiz, Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı və dünya çempionu, Avropa çempionatının iki qat qızıl medalçısı R.n Bayramov 1/8 finaldakı rəqibi Venesuela güləşçisi Rayber Xose Rodrigez Orozko ilə görüşüb.
R.Bayramov rəqibini məğlub edərək 1/4 final mərhələsinə adlayıb.