Ronaldoya fantastik təklif - 110 milyon avro
28 mart 2015 17:37 (UTC +04:00)

Ronaldoya fantastik təklif - 110 milyon avro

Real”ın ulduz futbolçusu Kriştianu Ronaldonun “Mançester Yunayted”ə dönüşü deyəsən baş tutacaq. Apasport.az saytı xəbər verir ki, “mankunianlar” portuqaliyalı hücumçudan əl çəkmirlər.

 

Yayda yeni transferlərə astronomik məbləğ ayırmağı düşünən “qırmızı şeytanlar”ın bossları Ronaldo üçün xüsusi büdcə ayırıblar. Belə ki, ingilislər onu qaytarmaq üçün “Real”a 110 milyon avro təklif etmək fikrindədilər. Bu mövsüm “Real”da özünü heç də əvvəlki kimi xoşbəxt saymayan Ronaldo adaya qayıtmağa razılıq versə, illik məvacibi 20 milyon avro olacaq.

 

Qeyd edək ki, Kriştianu Ronaldo “Real”a 2009-cu ildə 94 milyon avro qarşılığında məhz “Mançester Yunayted”dən keçmişdi.

# 65
avatar

Oxşar yazılar