Məşhur futbolçu Rivaldo Braziliyanın B seriyasında mübarizə aparan “San-Kaetano” komandasını tərk edib. Lent.az-ın məlumatına görə, 41 yaşlı hücumçu dizindəki zədəni səbəb göstərib.
O, öz “Twitter” səhifəsində yazıb: “Bu gündən “San-Kaetano”nun oyunçusu deyiləm. Çünki dizimdəki zədələr məni narahat edir. Klubun bütün üzvlərinə, xüsusən, prezident Nairoya təşəkkür etmək istərdim”.
Qeyd edək ki, karyerası ərzində təkcə Cənubi Amerika deyil, Avropa, Asiya, hətta Afrika klublarının şərəfini qorumuş Rivaldo 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olub. O, “San-Kaetano”da ilin əvvəlindən çıxış edirdi.