Riberi və Benzemanın cinsi əlaqə qalmaqalı
21 yanvar 2014 06:47 (UTC +04:00)

Riberi və Benzemanın cinsi əlaqə qalmaqalı

Parisdə futbol üzrə Fransa yığmasının iki futbolçusunun məhkəməsi başlayıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hazırda Münhen «Bavriya»-sında oynayan Frank Riberi və Madrid «Real»-nın oyunçusu Kərim Benzema yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etməkdə ittiham olunurlar.

 

Mənbə bildirib ki, onlar 2008-2009-cu illərdə 18 yaşı tamam olmayan Zahiyə Dehardan bu məqsədlə istifadə ediblər.

 

Benzema ittihamları rədd etsə də, Riberi Deharla cinsi əlaqədə olduğunu boynuna alsa da, bu xidmətinə görə ona pul vermədiyini söyləyib

 

Dehar isə öz növbəsində bildirib ki, onlarla görüşən zaman futbolçular onun yetkinlik yaşa çatmadığından xəbərsiz olublar.

 

Riberi və Benzema məhkəmə prosesində iştirak etməyib, onları vəkilləri təmsil edib.

 

Onlara qarşı irəli sürülən ittihamlar təsdiqlənəcəyi halda futbolçulara 3 il iş kəsilə bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3148
avatar

Oxşar yazılar