Topaz Premyer Liqasının I turu çərçivəsində baş tutan “Qəbələ” – “Qarabağ” matçında qırmızı vərəqə alan Rəşad Sadiqovun cəzası bəlli olub. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, İntizam Komitəsi (İK) bu gün “Qəbələ”nin yarımmüdafiəçisinin cəzasını açıqlayıb.
2:2 hesabı ilə başa çatan qarşılaşmanın 73-cü dəqiqəsində rəqib oyunçusu Qara Qarayevə qarşı kobud oynayan təcrübəli oyunçu birbaşa qırmızı vərəqə aldığından, İK ona 2 oyunluq cəza kəsib. Həmçinin klub isə 2000 manat məbləğində cərimələnib.
Görüşün 85-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə isə Ağdam klubu 1000 manat cərimə olunub.