2013-cü ildə Azərbaycanın ayrı-ayrı nominasiyalar üzrə ən yaxşı futbolçularının mükafatlandırma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, ən yaxşı qadın futbolçu adına U-19 millimizin üzvü Nigar Cəlilli layiq görülüb.
Ən yaxşı futzalçı Vitali Borisov seçilib. Emil Kürdov çimərlik futbolu üzrə yığmamızın ən yaxşısı sayılıb. Millimizin ən yaxşı qapıçısı hazırda “Bakı” klubunda çıxış edən Kamran Ağayev seçilib. “Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanov yığmamızın heyətində ən çox oyun keçirən futbolçu kimi mükafatlandırılıb. O, millimizin heyətində üst-üstə 971 dəqiqə meydanda olub. Nəhayət, ən yaxşı futbolçu adına Rəşad Sadıqov layiq görülüb.
Qeyd edək ki, qaliblər Azərbaycan yığma komandasının baş məşqçisi və futbolçuları arasında keçirilmiş sorğu əsasında müəyyənləşiblər.