İspaniyanın “Real Madrid” klubu Kolumbiya millisinin ulduz futbolçusu Xames Rodrigezin transferini həll edib. Lent.az-n məlumatına görə, “Real Madrid” rəhbərliyi kolumbiyalı futbolçunun müqavilə ilə məxsus olduğu “Monoko” klubu ilə razılaşıb. Çempionlar Liqasının son qalibi X.Rodrigez üçün “Monako”ya 70 milyon avro ödəyəcək. Keçid müqabilində “Real”ın heç bir futbolçusu əks istiqamətə yollanmayacaq.
X.Rodrigez bu həftə mediaya təqdim ediləcək.