Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Superkuboku uğrunda oyunun Naxçıvanda keçirilməsi barədə qərarı şərh edib. Lent.az-ın məlumatına görə, Musayev “Neftçi” və “Xəzər Lənkəran”ın üz-üzə gələcəyi görüşün böyük marağa səbəb olacağını bildirib.
O deyib: “Azərbaycanın hər bir guşəsi bizim üçün əzizdir. Gəncədə keçirilmiş “Qızıl oyun”da, Quzanlı qəsəbəsində “Qarabağ” – “İnter” oyununda stadiona gələn azarkeşləri görmək çox gözəl hiss idi. Ümid edirəm ki, bu hissləri Naxçıvanda da yaşayacağıq. Naxçıvan əhalisinin futbola böyük sevgisi var. Hər bir komandanın Azərbaycanın istənilən yerində azarkeşləri var”.
Qeyd edək ki, Azərbaycan Superkuboku uğrunda oyun oktyabrın 23-də keçiriləcək.