“Həqiqətən də ağır qarşılaşma oldu. Ancaq belə bir matçın sonunda qələbə qazanmaq bizim üçün xoşdur”. Apasport.az saytının xəbərinə görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündə İsveçin “Gelfe” klubunu məğlubiyyətə uğratdı – 1:0. Qələbəyə şərh verən Qurbanovun fikrincə, hesabın daha böyük olmasında futbolçularda soyuqqanlılığın çatışmamağıdır.
“Futbolçular sona kimi qələbəyə inandılar. Belə müdafiə olunan komandaya qarşı oynamaq çətindir. Sona kimi boşluq yaratmadılar. Buna baxmayaraq, çoxlu 100 faizli qol imkanlarımız oldu. Soyuqqanlılıq çatışmadı. Öz oyunumuzu daha da yaxşılaşdırmağa çalışırıq. Rəqib çox rahat top saxlayırdı. Bizi səfərdə həddindən artıq çətin oyun gözləyir. Burda rəqib düşündüyümüz kimi oynadı. Səfərdə həddən artıq diqqətli olmalıyıq” – deyə, Qurbanov bildirib.
Gelaşvilini oynatmaq israrınız davam edir?
- Oyunun gedişində düşünürdüm ki, bu suallar mənə çox veriləcək. Onun karyerasına baxın, elə-belə futbolçu deyil. Gürcüstan yığmasının üzvüdür. İlk oyundan onun üstünə gedirlər. Gelaşvilinin ustalığını bilirik. Sizə bir şey deyim; 27 yaşında Stavrapol “Dinamo”suna gedəndə 8 oyun qol vurmadım. Onda azarkeşlər məni qovmaq istəyirdilər. Ancaq sonda 19 qolla 2-ci bombardir oldum. Hələ milliyə görə 7 görüşü buraxmışdım.
- Qələbəni sizin adınıza yazmaq olar?
- Hələ formada deyiləm, uşaqlar məndən yaxşı oynayırlar.
- Hesab etmirsiniz ki, start heyətində müəyyən yanlışlıqlar vardı?
- Mən əlimdə olan futbolçulardan maksimum istifadə etdim. Reynaldonun zədəsi vardı, meydana buraxmaqda risk elədim. Həkim deyəndən sonra son 15-20 dəqiqə oynatdım. Vüqar Nadirov zədələndi, onun mövqeyində Corc Leroydan istifadə etdik. Çıxışı pis alınmadı. 2 cinah yarımmüdafiəçisinin olmamağını nəzərə almaq lazımdır. Muarem Muarem çoxdandır oynamırdı. Buna görə sol cinahda Ansi Aqolli yer aldı. Jumbinyonu 45 dəqiqə oynatmağı düşünmürdük. Ancaq yaxşı təsir bağışladı.
- Cavab matçı öncəsi “Qarabağ” daha şanslı sayırsınız?
- Rəqib çətin komandadı, ancaq üstünlük bizim tərəfdədir. İlk növbədə qol buraxmadıq. Qələbələrin sayını çoxaltmalıyıq ki, rəhbərlərin də futbola marağı artsın.
- Futbolçularınız oyunda xəsislik edirdi?
- Yox, belə deməzdim. Futbolda xəsislik oldusa, onda oyun alınmaz. Müdafiədə boşluqlar oldu. Ancaq sonda bir-birini sığortalayardılar. Səfərdə boşluqları aradan qaldırmalıyıq. Yeni transferlərə ehtiyac var. 4 dövrəlik çempionatda oynayacağıq. Üstəlik, kubok və millinin görüşləri...
Qurban Qurbanov: "Məni qovmaq istəyirdilər... " - MÜSAHİBƏ
1903