Qubada döyüşəcək boksçular açıqlandı
18 noyabr 2013 20:46 (UTC +04:00)

Qubada döyüşəcək boksçular açıqlandı

Noyabrın 23-də Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 2-cü turunun matçı keçiriləcək. Lent.az-ın məlumatına görə, Azərbaycanın “Baku Fires” klubu cari mövsümdə ilk “ev” qarşılaşmasında Meksikanın “Mexico Guerreros” komandasını qəbul edəcək.

 

Hər iki komanda yeni mövsümə məğlubiyyətlə başladığından, saat 19:00-da başlanacaq görüş prinsipial əhəmiyyət kəsb edir.

 

Komandaların heyətləri:

 

“Baku Fires” – “Mexico Guerreros”

 

52 kq. Məhəmməd Əbdülhəmidov – Jantoni Ortiz Markano

 

60 kq. Albert Səlimov – Fernando Alvarez

 

69 kq. Məhəmməd Nuruddinov – Karl Held

 

81 kq. Ramazan Məhəmmədov – Boburbek Yuldaşev

 

+91 kq. Arslanbek Mahmudov – Renat Rahimov

 

Bu matçda “Mexico Guerreros” klubunun heyətində WSB Liqasında 4 boksçu debüt edəcək. Onlardan 2-si – Boburbek Yuldaşev və Renat Rahimov özbəkistanlıdır. Ötən ildən komandada olan Fernando Alvarez isə artıq bir dəfə Albert Səlimovla döyüşüb və məğlub olub.

 

Dünya və Avropa çempionu Səlimov “Baku Fires” klubunun heyətində 5-ci döyüşünə çıxacaq. O, görüşlərdən 4-də qalib gəlib. Komandamızda isə bu dəfə Arslanbek Mahmudov debüt edəcək. 24 yaşlı boksçu 2010/2011 və 2011/2012-ci illər mövsümündə Rusiya komandasının şərəfini qoruyub. Mahmudov 2010-cu ildə tələbələr arasında dünya çempionu olub.

 

İlk turda B qrupunda keçirlmiş görüşlərin nəticələri:

 

“Astana Arlans” – “Baku Fires” 4:1

Rusiya – “Poland Hussars” 5:0 

“Mexico Guerreros” – Kuba 0:5

 

Qeyd edək ki, bu həftə “B” qrupunda daha 2 görüş olacaq. “Poland Hussars” “Cuba Domadores”i qəbul edəcək. “Astana Arlans” isə Sankt-Peterburqda Rusiyanın qonağı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 990
avatar

Oxşar yazılar