Qrizmann “Barselona”da debüt etdi
“Çelsi” futbolçuları Yaponiyada keçirilən yoldaşlıq oyununda “Barselona”nın 2:1 hesabı ilə məğlub etdi.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, London klubunun heyətində hücumçu Temmi Abraham və Ross Barkli fərqlənib.
Kataloniyalıların yeganə qolunu əsas vaxta əlavə olunan 1-ci dəqiqədə yarımmüdafiəçi İvan Rakitiç onbirmetrlik cərimə zərbəsindən vurub.
Qeyd edək ki, bu oyunda “Barselona”nın heyətində hücumçu Antuan Qrizmann və Frenki de Yonq debüt ediblər.
792