Bakıda keçirilən IWF Qran-Prisində Azərbaycanın daha 2 ağırlıqqaldıranı fəxri kürsüyə yüksəlib. Lent.az-ın məlumatına görə, 62 kq çəki dərəcəsində yer alan Valentin Xristov və Yuri Dudoqlo qızıl medal uğrunda sonadək mübarizə aparıblar.
Yekunda Valentin Xristov toplam 292 kq (127 kq + 165 kq) nəticə ilə fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Dudoqlo isə iki hərəkətin cəmində 283 kq (126 kq + 157 kq) nəticə ilə yarışların gümüş medalına sahib çıxıb. Bürünc medala isə üst-üstə 277 kq (122 kq + 155 kq) nəticə göstərən Ruslan Makarov yiyələnib.
Qeyd edək ki, yarışın ilk günündə 53 kq çəkidə yer alan Azərbaycanın qadın ağırlıqqaldıranlarından Kristina Yovu 208 kq (95 kq + 113 kq) nəticə ilə qızıl, Yuliya Derkaç isə 192 kq (85 kq + 107 kq) göstərici ilə gümüş medal qazanıb.