Qol üzünə həsrət qalan “Səbail” bu dəfə də...
Yeni mövsümə Bolqarıstanda hazırlaşan Bakının “Səbail” klubu növbəti yoxlama oyununu keçirib.
APA-nın məlumatına görə, paytaxt təmsilçisi 3-cü yoxlama görüşündə "Klinçeni" ilə qarşılaşıb.
Aftandil Hacıyev yetirmələri bu dəfə də qola həsrət qalıblar. Belə ki, Rumıniya təmsilçisi ilə matç 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Səbail" buna qədər "Lokomotiv"ə (Plovdiv, Bolqarıstan) 0:1, "Beroe"yə (Bolqarıstan) 0:4 hesabı ilə uduzub.
601