Qətldə şübhəli bilinən futbolçunun həbs müddəti uzadılıb
17 avqust 2013 07:21 (UTC +04:00)

Qətldə şübhəli bilinən futbolçunun həbs müddəti uzadılıb

Moskvanın Lublin məhkəməsi iki ay öncə nəzarət altına alınmış yerli «Torpedo» futbol klubunun müdafiəçisi Mixali Rekudanovun həbs müddətini daha iki ay uzadıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, qətldə ittiham olunur.

 

Bu ilin iyununda o, qiyabi olaraq, qətlə suçlu bilinmişdi. Müdafiəçiyə federal axtarış elan edilmişdi. İyulun əvvəlində futbolçu hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.

 

İstintaqın ehtimalına əsasən, bu il mayın 23-də Moskvanın  cənubunda baş vermiş kütləvi dava-dalaş zamanı Rekudanov adam öldürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648
avatar

Oxşar yazılar