Qətərin 2022-ci il dünya çempionatına hazırlığına 200 milyard dollar xərclənəcək. Lent.az-ın “Deloitte” auditor şirkətinə istinadən verdiyi məlumata görə, bu məbləğin böyük hissəsi – 140 milyon dolları nəqliyyat infrastrukturunun inkişafına sərf olunacaq.
O cümlədən, yeni hava limanları, yollar və metro xətləri çəkiləcək. Daha 20 milyard dollar sərmayə turizm infrastrukturunun inkişafına qoyulacaq.
Araşdırmalara əsasən, 2022-ci ilədək Qətərə hər 3,7 milyon əcnəbi gələcək. Dünya çempionatına isə 400 min azarkeşin gəlişi gözlənilir.
Qətərdən dünya çempionatı üçün fantastik xərc – 200 milyard dollar
1045