<b>"Qəbələ" "Real Madrid"in oyunçusunu transfer edib</b>
15 iyun 2017 16:13 (UTC +04:00)

"Qəbələ" "Real Madrid"in oyunçusunu transfer edib

0
“Qəbələ” mövsümlərarası dövrdə ilk legioner transferini reallaşdırıb.
 
 
Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ispaniyalı Fransisko Xavyer Ernandes Qonzales “qırmızı-qaralar”la anlaşıb.
 
Bunadək yerli futbolçular İlqar Qurbanov, Aqil Məmmədov və Elvin Məmmədovu heyətinə qatan “Qəbələ” Xavi Ernandes Qonzales kimi tanınan futbolçu ilə 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalayıb. 28 yaşlı yarımmüdafiəçi Avstriyada təlim-məşq toplanışında olan kollektivə bu gün qoşulacaq.
 
“Pizarrales” (1999-2002), “Salamanka” (2002-2005), “Real” (2005-2008) klublarının yeniyetmələrdən ibarət komandalarında oynayan Ernandes 2007-2008-ci illərdə İspaniyanın U-19 millisində çıxış edib. O, yığmada keçirdiyi 5 matçda 1 qol vurub.
 
2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu “Real”ın B komandasına çıxış edib. 2011-ci ilədək bu komandada oynayan Xavi icarə əsasında İsveçin “Halmstad” (2011) klubunda da oynayıb. Ardınca vətənində “Salamanka” (2011-2013), “Ourense” (2013-2014) və “Burqos”un (2014-2015) şərəfini qoruyan hücumameylli yarımmüdafiəçi Rumıniyada “Poli Timişoara”da (2015-2016), Polşada “Qurnik Lençna”da (2016-2017) legioner həyatı yaşayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 409

Oxşar yazılar