Təbriz klubları heç-heçə oynadı
03 avqust 2013 03:01 (UTC +04:00)

Təbriz klubları heç-heçə oynadı

Təbrizin Səhənd adına stadionunda yerli iki futbol komanda arasında keçirilən oyun bərabər hesabla sona çatıb.

Lent.az-ın məlumatına görə, İran üzrə futbol klublarının superliqasının ikinci həftəsində “Traktor”la “Qostəreşe- Fulad” klubları qarşılaşıb.

Oyunun 17-ci dəqiqəsində “Traktor” və 83-cü dəqiqədə “Qostəreşe Fulad” tərəfindən qol vurulub.

 “Qostəreşe Fulad”ın oyunçusu avtoqolla  “Traktor”u önə çıxarıb.

Bununla da “Traktor" -"Qostəreşe Fulad” oyunu 1 :1  hesabı ilə başa çatıb.

 

# 579
avatar

Oxşar yazılar