Qalmaqallı futbolçu “Portu”ya qayıtdı
02 yanvar 2014 11:08 (UTC +04:00)

Qalmaqallı futbolçu “Portu”ya qayıtdı

Türkiyənin “Beşiktaş” komandasının sabiq futbolçusu Rikardu Kuarejma Portuqaliyanın “Portu” klubuna qayıdıb. Lent.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi “Portu”ya azad agent kimi keçib.

 

O, 2013-cü ilin mayında Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli” klubunu tərk etdikdən sonra azad agent statusu alıb. Kuarejma yanvarın 1-dən “Portu”nun məşqlərinə qatılıb.

 

Qeyd edək ki, Rikardu Kuarejma karyerası ərzində İtaliya “İnter”inin heyətində Çempionlar Liqasını, “Portu”da isə UEFA Kuboku və Qitələrarası Kuboku qazanıb. O, İspaniyanın “Barselona”, İngiltərənin “Çelsi”, Portuqaliyanın “Sportinq” və Türkiyənin “Beşiktaş” komandaları ilə də müxtəlif mükafatlara sahib olub. Kuarejma 2010-cu ilin iyununda transfer olduğu “Beşiktaş”ı qalmaqalla tərk edib. Təcrübəli futbolçu 2012-ci ilin martında İspaniya “Atletiko”su ilə Avropa Liqası matçında əvəzlənməsinə etiraz edərək, baş məşqçi Karlos Karvalyalın üzərinə su qabı tullayıb. Bundan sonra Kuarejma üzr istəyərək, komandada qalıb. Lakin həmin il iyunun 28-də klub rəhbərliyi yüksək ödənişli futbolçularla vidalaşmağı qərara alıb. Portuqaliyalı yarımmüdafiəçi aşağı əmək haqqı ilə müqaviləsini uzatmaqdan imtina edib. O, oynadılmamasına rəğmən, “Beşiktaş”da  mövcud müqavilə müddətinin sonunadək qalmağı üstün tutub. 2012-ci il dekabrın 20-də isə futbolçu ilə anlaşma qarşılıqlı razılıq əsasında pozulub.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1314
avatar

Oxşar yazılar