Qazaxıstanın Almatı şəhərində əməkdar məşqçi Menqerey Xayrutdinovun xatirəsinə həsr olunmuş boks turnirinə yekun vurulub. Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandası 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub.
81 kq çəki dərəcəsində mübarizə aparan Aynur Rzayeva final görüşündə qalib gələrək, turnirin baş mükafatına yiyələnib. Yana Alekseyeva (60 kq) həlledici görüşdə yerli boksçu Aleksandra Ritkovskayaya uduzaraq, gümüş medala sahib olub. Əzizə Abbasova (48 kq), Leyla Cavadova (75 kq) və Anna Əlimardanova (51 kq) bürünc medalla kifayətləniblər.