İtaliya çempionatının son turunda maraqlı hadisə baş verib. Lent.az-ın məlumatına görə, maraqla gözlənilən “Sampdoriya” – “Napoli” oyununda meydançaya alt paltarı və əlində "Sampdoriya" bayrağı olan bir xanım daxil olaraq, rəqs etməyə başlayıb. Qadının bu hərəkəti azarkeşləri daha da coşdurub. Mühafizəçilərin müdaxiləsindən sonra, çılğın azarkeşi stadiondan kənarlaşdırıblar. Mühafizəçilərdən biri onu çiyninə qaldıraraq meydançadan aparıb.
Qeyd edək ki, bu oyun “Sampdoriya” – “Napoli” (2-5) qonaqların xeyrinə başa çatıb.