Futbol üzrə 2014-cü il dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında “pley-off” mərhələsinin püşkü atılıb. Lent.az-ın məlumatına görə, seçmə mərhələdə Türkiyənin vəsiqə qazana bilmədiyi B qrupunda 2-ci yerin sahibi Rumıniyanın bəxtinə Yunanıstan çıxıb.
Azərbaycan millisinin yer aldığı F qrupunun 2-cisi Portuqaliya İsveçlə üz-üzə gələcək. Xorvatiya İslandiyanı, Fransa isə Ukraynanı sınağa çəkəcək.
Qeyd edək ki, “pley-off” oyunları ev və səfər prinsipi ilə noyabrın 15-də və 19-da olacaq. 4 qalib komanda Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.