PSJ “Real”a Neymarı almağı təklif etdi
06 iyul 2019 14:14 (UTC +04:00)

PSJ “Real”a Neymarı almağı təklif etdi

0
PSJ rəhbərliyi bu yay Braziliya millisinin hücumçusunu “Barselona”ya yox, digər kluba buraxmağa hazırdır.
 
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Fransa çempionu forvardının klublar arasındakı gərginliyə görə “Barselona”ya  keçməsini istəmir. Ancaq Neymarın komandanı tərk etmək istəyini nəzərə alaraq PSJ Madrid “Real”ına braziliyalının müqaviləsini almasını təklif edib. 
 
Məlumata görə, bir neçə ay əvvəl Madriddə 27 yaşlı hücumçunun keçidi varianrtını öyrənməyə hazır idilər. Ancaq bu gün İspaniya klubunun prioritetləri dəyişib və orada Neymar artıq əsas məqsəd kimi görülmür. 
 
Bundan əvvəl xəbər verilib ki, “Barselona” PSJ-nin forvardı Neymara 170 milyon avrodan artıq ödəməyə hazır deyil.  Digər məlumata görə, Kataloniya klubu kompensasiya kimi Fransaya Braziliya millisinin yarımmüdafiəçisi Filippe Koutinyonu da göndərməyə hazırdır. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 919

Oxşar yazılar