UEFA prezidenti Mişel Platini futbol üzrə dünya çempionatının final mərhələsinə püşkatma zamanı «saxtakarlığın müşahidə edildiyini» şərh edib.
Lent.az-ın «İTAR - TASS»-a istinadən məlumatına görə, o, deyib ki, püşkatma zamanı saxtakarlıq mümkün deyil.
«Hamısı düz idi. Mən şəxsən orada iştirak edib, olanları görmüşəm. Sizi əmin edə bilərəm ki, orada yalan yoxdur»- deyə, M.Platini vurğulayıb.
Bir müddət öncə tamaşaçılar səbətdən çıxan şarda dövlətin adını videoda müşahidə etmədiklərini bildiriblər. Rəsmi tədbirdən bir sutka əvvəl isə «Tvitter» səhifəsində bir qrupun komandaları tam tapılmışdı. Həmin qrupa Argentina, Nigeriya, İran, Bosniya və Hersoqovina düşüb.