“Zirə” 12 komandada oynamış qapıçını transfer etdi
Bakının “Zirə” klubu yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
APA-nın məlumatına görə, paytaxt təmsilçisi Boyan Zaqoviçlə anlaşıb.
30 yaşlı qapıçı ilə 1 illik müqavilə bağlanıb. Monteneqrolu əlcək sahibi bundan öncə “Berane”, “Srvena Stiyena”, “Radniçki”, “Banat”, “Marsonia 1909”, “Riyeka”, “Timok”, “Metalaq Qornji Milanovaç”, “Novi Pazar”, “Radniçki Nis”, “Rad və “Baçka” klublarında çıxış edib.
505