Olimpiadaya daha bir namizəd
14 noyabr 2013 15:23 (UTC +04:00)

Olimpiadaya daha bir namizəd

Ukrayna Lvov şəhəri 2022-ci il Qış Olimpiya Oyunlarının keçirilməsi üçün ərizə verib. Lent.az-ın məlumatına görə, bu barədə baş nazirin müavini Aleksandr Vilkul açıqlama verib.

 

O, olimpiadanın təşkilinə 22 – 25 milyard qriven (2,7 – 3 milyard dollar) xərcləməyə hazır olduqlarını bildirib. Bu məbləğin 70 faizi büdcədən, qalanları şəxsi sərmayəçilər tərəfindən ödəniləcək.

 

2022-ci il olimpiadasına ərizə qəbulu noyabrın 14-də başa çatır. Sabah isə Beynəlxalq Olimpiya Komitəsi (BOK) namizəd şəhərlərin siyahısını rəsmən açıqlayacaq. Daha öncə Qazaxıstanın Almatı, İsveçin Stokholm, Norveçin Oslo, Çinin Pekin və Çjantszyakou (birgə), Polşanın Krakov və Slovakiyanın Yasna (birgə) şəhərləri BOK-a ərizə verib. Ali qurum 2014-cü ilin iyulunda namizədlər arasından final mərhələsinə seçim aparacaq. Qalib şəhərin adı isə 2015-ci il iyulun 31-də açıqlanacaq.

 

Qeyd edək ki, növbəti 2 Qış Olimpiya Oyunları 2014-cü ildə Rusiyanın Soçi, 2018-ci ildə isə Cənubi Koreyanın Pxençxan şəhərlərində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655
avatar

Oxşar yazılar