Ağ ev Soçidə keçiriləcək qış olimpiya oyunlarının təntənəli açılışan gedəcək rəsmi nümayəndə heyətinin tərkibini açıqlayıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, heyətə keçmiş milli təhlükəsizlik naziri Canet Napolitano başçılıq edəcək. Prezident Barak Obama isə Soçiyə səfər etməyi planlaşdırmayıb.
Nümayəndə heyətinin tərkibində ABŞ Rusiyadakı səfiri Maykl Makol, prezidentin müşaviri Robert Nabors, fiqurist Brayn Boytano və tennis üzrə çempion, aşkar olaraq, homoseksual olduğunu deyən Blli Cin Kinq də var.
Bağlanış mərasiminə isə ABŞ dövlət katibinin birinci müavini Uilyam Bens, səfir Makfol, konki qaçışı üzrə olimpiya mükafatçısı Bonni Bler və Erik Hayden, hokkeyçi Keytlin Kaxou gedəcək.