Nümayəndə heyətimiz seçkiyə yollanır - SİYAHI
21 noyabr 2013 10:28 (UTC +04:00)

Nümayəndə heyətimiz seçkiyə yollanır - SİYAHI

Noyabrın 22-də İtaliyanın paytaxtı Romada Avropa Olimpiya Komitəsinin (EOC) 42-ci Baş Assambleyası olacaq. Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, iki gün davam edəcək toplantıda Azərbaycan da təmsil olunacaq.

 

Toplantıya MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva,  “Bakı 2015” Avropa Oyunlarının Əməliyyat şirkətinin icraçı direktorunun müavini Cim Şerr, idman şöbəsinin müdiri Pirs O Kallagen, idmançılara xidmət və əməliyyat şöbəsinin müdiri Ceyms Makleod, baş məsləhətçi Daq Arnot və digərləri qatılacaq. Assambleya seçki xarakteri daşıyacaq və iki gün davam edən tədbirdə həmçinin EOC-un prezidenti, vitse-prezidenti, baş katibi və İcraiyyə Komitəsinə seçkilər keçiriləcək.

 

Tədbir zamanı Avropanın kiçik dövlətlərinin iştirakı ilə keçirdiyi XV Oyunların hesabatı, Avropa Gənclərinin Olimpiya Festivallarının XI Qış və XII Yay buraxılışlarına dair yeniliklər, Soçi-2014 Qış Olimpiya Oyunları, Rio-2016 Yay Olimpiya Oyunları, Pyeonçang-2018 Qış Olimpiya Oyunları və Tokio-2020 Yay Olimpiya Oyunları haqda təqdimatlar ediləcək.

 

Qeyd edək ki, noyabrın 23-də Avropa Oyunları ilə bağlı EOC-un Əlaqələndirmə Komissiyasının rəhbəri Spiros Kapralos, onun müavini Zlatka Matesanın iştirakı ilə “Bakı 2015” Avropa Oyunlarını Əməliyyat şirkətinin nümayəndələri tərəfindən təqdimat olacaq. A.Rəhimov, K.Nurullayeva və C.Şerr Bakının Oyunlara son hazırlıq durumu ilə bağlı məruzə ilə çıxış etməklə yanaşı, milli olimpiya komitələrini maraqlandıran suallara cavab verəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511
avatar

Oxşar yazılar