Futbol üzrə Topaz Premyer liqasında noyabr ayının ən yaxşı futbolçusu adına Bakının “İnter” klubunun və Azərbaycan Milli komandasının hücumçusu Vaqif Cavadov layiq görülüb. Lent.az-ın məlumatına görə, Cavadov jurnalistlər arasında keçirilmiş səs vermədə fərqlənib. Ona Peşəkar Futbol Liqası (PFL) və çempionatın baş sponsoru tərəfindən 1500 manat pul mükafatı və qiymətli hədiyyə verilib.
Bundan başqa ötən ayın ən yaxşı qolunun müəllifi Elnur Abdullayevə (“Xəzər-Lənkəran”) seçilib. Ona 1000 manat pul mükafatı verilib.