NONSENS! BOK-dan AFFA-ya gecikmiş mükafat - FOTO
06 noyabr 2013 13:10 (UTC +04:00)

NONSENS! BOK-dan AFFA-ya gecikmiş mükafat - FOTO

Beynəlxalq Olimpiya Komitəsi (BOK) AFFA-nı mükafatlandırıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, BOK Azərbaycanda qadın idmanının inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirib.

 

Bunun nəticəsi kimi futbol qurumumuz “Qadın və İdman” diplomu ilə təltif edilib. Lakin təbrik məktubu BOK-un əvvəlki prezidenti Jak Roqqe adından göndərilib. Halbuki quruma sentyabrın 10-dan Tomas Bax rəhbərlik edir. Yəni, Roqqe 2 aya yaxındır ki, BOK-un prezidenti deyil.

 

Amma AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Lent.az-a bildirib ki, BOK-dan diplom 2 ay əvvəl yox, 2 gün öncə daxil olub: “Ola bilsin, bütün sənədlər bir yerə yığıldıqdan sonra imzalanaraq, müvafiq instansiyalara göndərilib. Ona görə də, diplom bizə indi çatıb”.

 

Qeyd edək ki, AFFA qadın futbolu ilə bağlı ən böyük layihəsini 2012-ci ildə həyata keçirib. Ötən il Azərbaycanda 17 yaşadək qızlar arasında dünya çempionatı təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092
avatar

Oxşar yazılar