Neymarın yaşıl meydanlara qayıdacağı vaxt bilindi
09 iyun 2019 18:57 (UTC +04:00)

Neymarın yaşıl meydanlara qayıdacağı vaxt bilindi

0
Braziliya millisinin Qətərlə keçirdiyi yoxlama oyununda (2:0) zədələnən Neymarın durumuna aydınlıq gəlib.
 
Lent.az Komanda.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun sağalma prosesi təxminən bir ay davam edəcək. Bu barədə Neymarın çıxış etdiyi PSJ klubunun rəsmi saytı məlumat yayıb.
 
Neymar Braziliya millisinin Amerika kuboku turniri matçlarında iştirak edə bilməyəcək.
 
Amerika kuboku 15 iyun-7 iyul tarixlərində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1044

Oxşar yazılar