İspaniyanın “Barselona” klubunun futbolçusu Neymar 3 həftəliyə sıradan çıxıb. Lent.az-ın məlumatına görə, buna braziliyalı hücumçunun “Xetafe” ilə İspaniya Kubokunun 1/8 final matçında zədələnməsi səbəb olub.
Neymar ilk yarının ortalarında cərimə zərbəsini yerinə yetirmək istərkən, xəsarət alıb. Hələlik onun bərpa müddətinə dair ilkin məlumatlar dəqiqləşməyib. Bu, təsdiqlənsə, “sambaçı” “Barsa”nın fevralın 18-də İngiltərənin “Mançester Siti” komandası ilə keçirəcəyi ilk 1/8 final matçına yetişə biləcək. Əvəzində o, İspaniya çempionatında “Levante” (19 yanvar), “Malaqa” (27 yanvar), “Valensiya” (2 fevral) və “Sevilya” (9 fevral) ilə matçları buraxacaq.
Qeyd edək ki, Neymar bu mövsüm İspaniya çempionatında 16 oyuna 6 qol vurub. O, “Barselona”ya 2013-cü ilin yayında Braziliya “Santos”undan 50 milyon avroya keçib.