Neymar “Barselona”da ilk qolunu vurdu
22 avqust 2013 10:55 (UTC +04:00)

Neymar “Barselona”da ilk qolunu vurdu

Braziliya milli komandasının futbolçusu Neymar İspaniya “Barselona”sının heyətində ilk qolunu vurub. Lent.az-ın məlumatına görə, 21 yaşlı hücumçu Madriddəki “Visente Kalderon” stadionunda “Atletiko” ilə ilk İspaniya Superkuboku matçında fərqlənib.

 

Oyunda hesabı 12-ci dəqiqədə sabiq “Barsa”lı David Vilya açıb. Kataloniya təmsilçisi 66-cı dəqiqədə bərabərlik qolunu vura bilib. Neymarın zərbəsi dəqiq olub. Görüş elə 1:1 hesablı heç-heçə ilə nəticələnib. Cavab görüşü avqustun 28-də Barselonada olacaq.

 

Madriddəki oyunun ilk yarısında “Barsa”nın forvardı Lionel Messi baldırından zədə alıb və fasilədə əvəzlənib. Onun durumuna avqustun 22-də tibbi müayinədən sonra aydınlıq gələcək.

 

Qeyd edək ki, Neymar iyunun əvvəllərində “Barselona” ilə 5 illik müqavilə bağlayıb. O, Braziliya “Santos”undan 57 milyon dollara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1185
avatar

Oxşar yazılar