Nə olimpiada, nə də Çempionlar Liqası - SİYAHI
26 noyabr 2013 11:23 (UTC +04:00)

Nə olimpiada, nə də Çempionlar Liqası - SİYAHI

“Forbes” jurnalı idman yarışları arasında ən bahalı brendlərin siyahısını açıqlayıb. Lent.az-ın məlumatına görə, brendlərin məbləği teleyayım, sponsorlar, bilet satışı və yarış zamanı lisenziyalı atributların satışından əldə olunan gəlirlər əsasında müəyyənləşdirilib.

 

Birinci yeri 464 milyon dəyərə malik ABŞ-ın Milli Futbol Liqasının (NFL) final oyunu sayılan Super Boul tutub. İkinci pillədə qərarlaşan Yay Olimpiya Oyunlarının dəyəri 348 milyon dollar təşkil edib. Üçüncü pillədəki futbol üzrə dünya çempionatı isə 160 milyon dollar dəyərə malikdir.

 

“Forbes” versiyası üzrə ilk “10-luğ”a düşən digər yarışlar (milyon dollarla):

 

4. NCAA (Tələbə İdmanı üzrə Milli Assosiasiya) basketbolu üzrə 4-lər finalı – 137

5. MLB (besbol) dünya seriyası) – 135

6. Qış Olimpiya Oyunları – 123

7. UEFA Çempionlar Liqası – 117

8. “Daytona 500” (NASCAR avtoyürüşü) – 98

9. “Kentucky Derby” (cıdır) — 97

10. MLB-nin bütün ulduzlarının uik-endi – 86

 

# 649
avatar

Oxşar yazılar