Nazir dördqat dünya çempionunu qəbul edib
15 dekabr 2013 02:41 (UTC +04:00)

Nazir dördqat dünya çempionunu qəbul edib

Ümumdünya Qarışıq Döyüş Növləri Federasiyasının prezidenti Vadim Finkelşteyn və qurumun fəxri prezidenti, dördqat dünya çempionu Fyodr Yemelyanenko gənclər və idman naziri Azad Rəhimovla görüşüb. Lent.az-ın xəbərinə görə, Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov, Liqanın prezidenti Kənan Məmmədovun iştirak etdiyi görüşdə nazirə Bakıda keçirilən Dünya Kubokuyla bağlı məlumat verilib. Nazir Ümumdünya Qarışıq Döyüş Növləri Federasiyas ilə əməkdaşlığı yüksək qiymətləndirib və gələcəkdə Bakıda bu idman növü üzrə digər mötəbər yarışların təşkil etməyin mümkünlüyünü söyləyib. Qəbula görə nazir Azad Rəhimova minnətdarlığını bildirən Fyodr Yemelyanenko Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində diqqət göstərildiyini vurğulayıb. Məşhur idmançı MMA-ın inkişafında Gənclər və İdman Nazirliyinin rolunu xüsusi qeyd edib.


Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov və Liqanın prezidenti Kənan Məmmədov dəstəyə görə Azad Rəhimova təşəkkür edib. Liqanın rəhbərliyi MMA-ın inkişafı istiqamətində lazımi işlərin görüləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1542
avatar

Oxşar yazılar