“Araz Naxçıvan” futbol komandasının I divizionda II dövrədəki bütün ev oyunları şənbə gününə salınıb. Lent.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası (PFL) qərar qəbul edib.
I divizionun lideri PFL-ə müraciətində Naxçıvana təyyarə reyslərində dəyişikliklərin baş verdiyini, bu səbəbdən, növbəti ev oyunlarının şənbə gününə təyin olunmasını xahiş edib. Müraciət müsbət dəyərləndirilib.
Qeyd edək ki, “Araz Naxçıvan” növbəti ev oyununu fevralın 16-da keçirəcək. XVII tura təsadüf edəcək matçda rəqib Qusar “Şahdağ”ı olacaq.