Millinin keçmiş oyunçusuna ağır cəza verilə bilər
02 iyul 2019 14:54 (UTC +04:00)

Millinin keçmiş oyunçusuna ağır cəza verilə bilər

“Azərbaycana qayıtmağıma peşman deyiləm. Mənim Rusiya vətəndaşlığım da var”. Lent.az-ın məlumatına görə, bu sözləri Azərbaycan yığmasının keçmiş oyunçusu Vaqif Cavadov “Futbol+” qəzetinə müsahibəsində deyib. Maraqlıdır, Azərbaycan vətəndaşlığı haqqında” qanuna görə, ölkəmizdə ikili vətəndaşlıq yolverilməzdir. Belə olan halda Vaqif Cavadovu hansı cəza gözləyir? 

“Azərbaycan vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinə görə, Azərbaycan öz vətəndaşının başqa ölkənin vətəndaşı olmasını tanımır.

Amma bəzi istisnalar da var. Söhbət ondan gedir ki, yalnız ölkə rəhbərinin fərmanı ilə xarici ölkənin vətəndaşı olan nüfuzlu ictimai,  mədəniyyət xadimi Azərbaycan vətəndaşlığına qəbul edə bilər. Amma məlum olduğu kimi Vaqif bu kateqoriyaya aid deyil.

Bundan başqa, əgər Azərbaycan Respublikasının vətəndaşı xarici ölkənin vətəndaşlığını qəbul edibsə, Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyi məlumatlandırmalıdır. Əgər xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı tərəfindən bu barədə müvafiq qaydada məlumat verilmirsə, bu, Cinayət Məcəlləsinin 318-2-ci maddəsinə uyğun olaraq məsuliyyət yaradır. Həmin maddədə qeyd olunur ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş şəxs Azərbaycan Respublikası vətəndaşı tərəfindən müvafiq İcra Hakimiyyəti orqanına 1 ay müddətinə yazılı məlumat verilməməsi hallarında 3 min manatdan 5 min manatadək cərimə, yaxud 360 saatdan 480 saatadək ictimai işlə cəzalandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1489
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar