AÇ-2019-un seçmə mərhələsində U-21 millimizlə eyni qrupda mübarizə aparacaq Almaniya və Norveçin müvafiq yaş üzrə komandaları sınaq matçlarında qüvvələrini sınayıblar. Apasport.az saytının məlumatına görə, almanların rəqibi portuqaliyalı həmyaşıdları olub.
Görüş portuqaliyalıların minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola oyunun 25-ci dəqiqəsində Fernandez imza atıb.
Norveç millisi də məğlubiyyətlə barışmalı olub. Skandinavlar Rusiya səfərindən məyus dönüblər. Jiqulev və Jemaletdinovun ilk hissədə vurduqları qollar Şimal qonşularımızın qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, millimiz seçmə mərhələnin ilk oyununda avqustun 31-də İsraillə səfərdə qarşılaşacaq.