Millimizin müdafiəçisi Foqtsu qınadı:  “2 hücumçunu meydana buraxmağın yeri yox idi”
08 iyun 2013 16:25 (UTC +04:00)

Millimizin müdafiəçisi Foqtsu qınadı: “2 hücumçunu meydana buraxmağın yeri yox idi”

Millimizin müdafiəçisi Mahir Şükürov Lüksemburqla oyundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin futbolçusu hesab açılandan sonra edilən dəyişiklikdən narazı qalıb. 

- Oyunla bağlı nə deyə bilərsiniz? 
 

- Qələbə qazana bilmədiyimizə görə məyusuq. Sözün açığı, ilk hissədə məsələni həll edə bilərdik. Çünki qol vurmaq şanslarımız vardı. İkinci hissəyə yaxşı başladıq. Qol vurduq, amma qapımızda da qol gördük. Futboldur, nə demək olar ki? Şanslardan sən yararlana bilməyəcəksənsə, qarşı tərəf bundan istifadə edib qol vuracaq. 

- Dəyişikliklərlə bağlı da fikirlərinizi öyrənmək istərdik... 
 

- Məncə, hesabda önə keçdikdən sonra orta xəttə bir oyunçu buraxılmalı idi. 2 hücumçunun meydana buraxılmasının yeri yox idi. Mərkəzdə 1 oyunçu olsaydı, hesabı da qoruyub saxlamaq olardı. Çünki oyunun bitməsinə 10-12 dəqiqə qalmışdı. 

- Sizə oyunun Vaqif Cavadovun üzərində qurulması tapşırığı verilmişdi? 
 

- Xeyr… 

- Çünki ən çox top qəbul edən də, ən çox topu itirən də o idi...
 

- Nə deyəsən? Deyirsən, xeyri yoxdur. Bunu Berti Foqtsa desəniz, lap yaxşı olar. 

# 1153
avatar

Oxşar yazılar