Bu gün qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi start götürüb. Apasport.az saytının məlumatına görə, mundiala vəsiqəni Bakıda qazanmağı planlaşdıran milli komandamız ilk görüşünü İsrailə qarşı keçirib.
J qrupu çərçivəsində Voleybol Mərkəzində baş tutan görüşdə Faiq Qarayevin yetirmələrinin qələbə üçün meydana çıxmışdı. Bu belə də olub və komandamız rəqibi 3:1 hesabı ilə məğlub edib.
Bu qarşılaşmadan öncə isə qrupun digər matçı keçirilib. Belə ki, millimizlə yanaşı, dünya çempionatına çıxmağa favorit olan Serbiya millisi saat 16:00-da başlayan matçda Estoniyanı 3:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, sentyabrın 23-dən oktyabrın 12-nə kimi İtaliyada təşkil olunacaq mundiala Avropanın 5 seçmə qrupunun hər birindən ilk yerin sahibləri vəsiqə qazanacaq. İkinci yerlərdən isə yalnız ən yaxşı göstəricilərə malik 2 komanda buna nail olacaq.
Azərbaycan – İsrail – 3:1 (25:15, 25:21, 19:25, 25:15)
Millimizdən ilk qələbə
926