Millimizdə növbəti itki
12 oktyabr 2013 01:02 (UTC +04:00)

Millimizdə növbəti itki

Azərbaycan milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsində son oyununa da futbolçu itkisi ilə çıxacaq. Lent.az-ın məlumatına görə, mərkəz müdafiəçisi Rasim Ramaldanov Rusiya ilə oktyabrın 15-də keçiriləcək qarşılaşmanı cəza səbəbindən buraxacaq.

Ramaldanov millimizin son 2 seçmə matçında sarı vərəqə alıb. O, sentyabrın 7-də İsraillə səfər (1:1), oktyabrın 11-də isə Şimali İrlandiya ilə ev (2:0) oyunlarında cəzalanıb. Bununla da sarı vərəqə limitini aşan futbolçu növbəti matçdan kənarda qalıb.

Əvəzində Şimali İrlandiyaya qarşı matçda sarı vərəqə cəzalısı olan Ruslan Abışov son seçmə oyunda millimizə kömək edə biləcək.

Baş məşqçi Berti Foqts Rusiya ilə qarşılaşmada heyətdə müəyyən dəyişikliklərə əl atacağını açıqlayıb: “Bu görüşün hazırlıqlarına oktyabrın 12-dən başlayacağıq. Məşq zamanı futbolçularımızın psixoloji və mübarizə əzmi baxımından nə vəziyyətdə olduqlarına baxmalıyam. Rusiyalı futbolçular həm Premyer Liqa, həm də Avropa kuboklarında mübarizə aparırlar. Ona görə də 4 gün ərzində 2 oyun keçirməyə hazırdırlar. Amma Azərbaycan klubları buna hazır deyillər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026
avatar

Oxşar yazılar