Millimiz 12 top fərqi ilə uduzdu
29 noyabr 2014 11:42 (UTC +04:00)

Millimiz 12 top fərqi ilə uduzdu

Qadın həndbolçular arasında 2015-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, 4-cü qrupda yer alan Azərbaycan millisi Çexiya yığması ilə qarşılaşıb.  Qrup oyunlarına ev sahibliyi edən rəqiblə görüş məğlubiyyətlə başa çatıb. Rəfiqə Şabanovanın yetirmələri ilk hissədə 16:15 hesabı ilə öndə olsalar da, yekunda 12 top fərqilə uduzublar – 26:38. Matçın bombardiri millimizin lideri Marina Tankaskaya olub. O, çexləri 8 dəfə cəzalandırıb.

Qeyd edək ki, komandamız növbəti oyununu Litvaya qarşı keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746
avatar

Oxşar yazılar