Milli üzvünün viskili ad günü
28 yanvar 2014 11:32 (UTC +04:00)

Milli üzvünün viskili ad günü

Azərbaycan voleybolçularına gərgin turnirlərlə əlamətdar olan 2013-cü ilin yorğunluğunu unutduran tapılıb. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Anastasiya Qurbanova keçirdiyi təmtəraqlı ad günündə bəzi komanda yoldaşlarına və həmkarlarına ağır keçən ilin yükünü üzərindən atmaq imkanı yaradıb.

 

Belə ki, yığmanın və bir neçə klubun bəzi tanınmış üzvləri “Karaoke” klubunda bir araya gələrək, milliləşən rusiyalının doğum gününü qeyd ediblər.

 

Spirtli içkilərin də masada yer aldığı tədbirdə rəqslər bir-birini əvəzləyib. Bir neçə saatlıq voleybolu unudan xanımlar rəqs etməklə də bacarıqlarını göstəriblər. Bir sıra qonaqların da dəvət olunduğu tədbirdə 24 yaşını qeyd edən Qurbanova belə şənlik keçirməklə, həm 2013-cü ilin gərginliyi ilə vidalaşıb, həm də növbəti uğurlar üçün ilhamlanıb.

 

Qeyd edək ki, 2014-cü ilin əvvəli yığmamızın legioneri üçün uğurlu alınıb. “Azərreyl”də bombardirliyini nümayiş etdirən Anastasiya dünya çempionatının seçmə mərhələsinin 3 oyunundan 2-də millinin ən məhsuldar üzvü olmaqla, komandamızın lideri Natalya Məmmədovaya “əlcək” atıb. Görünür, belə ad günü ona əlavə stimul verib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1407
avatar

Oxşar yazılar