Milli komandamız ikinci oyununda da qalib gəldi, bu dəfə darmadağınla
23 avqust 2015 05:30 (UTC +04:00)

Milli komandamız ikinci oyununda da qalib gəldi, bu dəfə darmadağınla

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Latviyanın paytaxtı Riqada təşkil olunmuş “Baltic Cup” turnirində ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Latviyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız qələbə qazanıb - 4:0.

 

Nigar Cəlillinin dubl etdiyi oyunda hərəyə 1 dəfə Kristina Bakarandze və Aysun Əliyeva fərqlənib.

 

Yığmamız turnirdəki ilk oyununda litvalı həmyaşıdlarını 1:0 hesabı ilə məğlub etmişdi.

 

Komandamız avqustun 23-də Estoniya yığması ilə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312
avatar

Oxşar yazılar