Messi yarımfinaladək oynamayacaq
12 aprel 2013 10:39 (UTC +04:00)

Messi yarımfinaladək oynamayacaq

Argentinalı futbolçu Lionel Messi İspaniya çempionatının qarşıdakı 2 turunda “Barselona” klubuna kömək edə bilməyəcək. Lent.az-ın məlumatına görə, 25 yaşlı hücumçu aprelin 14-də “Saraqosa”, aprelin 20-də isə “Levante” ilə görüşləri buraxacaq.

 

Lakin onun aprelin 23-də və ya 24-də keçiriləcək ilk yarımfinal  matçında iştirakı mümkün olacaq.

 

Qeyd edək ki, Lionel Messi Fransa PSJ-si ilə Çempionlar Liqasının ilk ¼ final matçında (2:2) zədə alıb. Cavab qarşılaşmasında o, ikinci yarıda meydana daxil olub. Barselonada keçirilmiş görüş də heç-heçə ilə nəticələnib – 1:1. Amma səfərdə daha çox qol vuran “Barsa” yarımfinala yüksəlib. Cavab görüşündən sonra klubun həkimlərində Messinin zədəsini təzələdiyinə dair şübhələr yaranıb. Tibbi müayinə nəticəsində futbolçunun baldır nahiyəsindəki zədəni tam bərpa etmədiyi müəyyənləşib.

# 857
avatar

Oxşar yazılar