Messi sayt açdı
31 may 2017 03:46 (UTC +04:00)

Messi sayt açdı

0

 Argentinalı futbolçu Lionel Messi rəsmi saytını istifadəyə verib. Apasport.az saytının məlumatına görə, “Barselona”nın hücumçusu bu vasitə ilə azarkeşləri ilə daha yaxından ünsiyyətdə ola biləcək.

 

Fanatlar Messi haqqında bütün eksklüziv məlumatları bu internet portalından oxuyacaq, Leonun şəxsi fondu haqqında yeniliklərlə tanış olacaq, eyni zamanda onun iştirak etdiyi matçları mətn olaraq izləyə biləcəklər.

 

Qeyd edək ki, saytın Android və İOS əməliyyat sistemləri üçün mobil versiyaları da hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar