Messi 30 yaşını belə qeyd etdi
26 iyun 2017 22:02 (UTC +04:00)

Messi 30 yaşını belə qeyd etdi

0

“Barcelona”da forma geyinən futbolçu Lionel Messinin 30 yaşı olub.

 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, argentinalı futbolçu ailəsiylə evdə qeyd etdiyi ad günündən çəkdirdiyi fotosunu İnstaqram hesabında paylaşıb.

 

1987-ci il təvəllüdlü Messi şəklin altına "Xoş arzularınız üçün təşəkkürlər" qeydini yazıb.

 

Xatırladaq ki, futbolçu uzun müddətdir birlikdə olduğu sevgilisi Antonella Rokkuzzo ilə bu ilin iyunun 30-da nikah masasına oturacaq. Mərasimin Argentinada baş tutacağı bildirilir.

 

30 yaşlı Messi 28 yaşlı Antonella ilə 2009-cu ildən görüşür. Onların 4 yaşlı Tyaqo və 1 yaşlı Mateo adlı övladları var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 471

Oxşar yazılar