Polşanın paytaxtı Varşavada şahmatçılar arasında keçirilən komandalararası Avropa Çempionatında 4-cü tur arxada qalıb. Lent.az-ın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Macarıstanla qarşılaşıb.
Görüş heç-heçə ilə nəticələnib – 2:2.
Şəhriyar Məmmədyarov – Erdos Viktor – 0,5:0,5
Teymur Rəcəbov – Çaba Baloğ – 0,5:0,5
Eltac Səfərli - Zoltan Almasi – 0,5:0,5
Rauf Məmmədov - Tamaş Banuş - 0,5:0,5
Qadınlardan ibarət millimiz isə Xorvatiyaya qalib gəlib - 3:1. Komandamızın üzvlərindən qələbəni Zeynəb və Türkan Məmmədyarova əldə edib:
Gülnar Məmmədova - Borka Françişkovic – 0,5:0,5
Zeynəb Məmmədyarova - Mara Jeliça – 1:0
Nərgiz Umudova - İvona Purqar – 0,5:0,5
Türkan Məmmədyarova – Kristina Sariç – 1:0.
Noyabrın 12-də kişilərdən ibarət millimiz Çexiya, qadın yığmamız isə Fransa ilə üz-üzə gələcək.