“Azərbaycana gəldiyim üçün çox məmnun oldum. Təşkilatçılıq çox gözəl idi”. Apasport.az saytının xəbərinə görə, bunu almaniyalı boksçu Mattias pelk deyib.
WBO – IBF versiyaları üzrə Avropa kəmərləri uğrunda “Qəbələ”nin boksçusu Fariz Məmmədovu məğlub edən Pelk görüş barədə fikirlərini açıqlayıb: “İlk raundlarda zəif təsir bağışlamağımın səbəbi vardı. Bilirdim ki, rəqibin yerində çıxış edirəm və Fariz Məmmodov çox cəlddir. Ona görə də bütün gücümü balanslaşdırmağa çalışırdım. Rəqibi yormaqla arzuma çatdım. İstəsə, onu Almaniyada revanşa çağırıram”.
Xatırladaq ki, Məmmədov 8-ci raundun gedişində döyüşü yarımçıq saxlamalı olub.